44 oyunluq məğlubedilməzliyə son qoyuldu - Video

44 oyunluq məğlubedilməzliyə son qoyuldu - Video
Futbol, Video
01 Mart 2020 - 10:01
İngiltərə Premyer Liqasının 28-ci turunda lider "Liverpul" autsayder "Uotford" qarşısında aciz qalıb.

Bununla Yürgen Kloppun komandasının 44 oyunluq məğlubedilməzlik seriyası qırılıb. 



"Çelsi" isə "Bornmut"la səfər matçında xal itkisi ilə üzləşib.


Bu tur "Aston Villa" – "Şeffild Yunayted" və "Mançester Siti" – "Arsenal" matçları təxirə salınıb. Buna səbəb "şəhərlilər"in İngiltərə Liqa kubokunun finalında "Aston Villa" ilə oyununun olmasıdır.


İngiltərə Premyer Liqası


28-ci tur


28 fevral


Norviç – Lester 1:0


Qol: J.Luis, 70.


29 fevral


Brayton – Kristal Pelas 0:1


Qol: Ayyu, 70.


Bornmut – Çelsi 2:2


Qol: Lerma, 54. Kinq, 57 – Alonso, 33; 85.


Nyukasl – Bernli 0:0


Vest Hem – Sauthempton 3:1


Qol: Bouen, 15. Haller, 40. Antonio, 54 – Obafemi, 31.


Uotford – Liverpul 3:0


Qol: Sarr, 54; 60. Dini, 72.


1 mart


18:00 Everton – Mançester Yunayted


18:00 Tottenhem – Vulverhempton

Digər xəbərlər