Qurban Qurbanov: "Hakimdən başqa hamı dedi ki, təmiz qoldur" - Video

Qurban Qurbanov: "Hakimdən başqa hamı dedi ki, təmiz qoldur" - Video
Futbol, Video
29 Fevral 2020 - 20:40
Supersport.Az Azərbaycan Premyer Liqasında XIX turun "Qarabağ" – "Sabah" (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.


Təcrübəli mütəxəssis əvvəlcə oyunu şərh edib.

- 1 xal qazandıq. Rəqib 90 dəqiqə müdafiə olundu. İstər-istəməz belə komandaya qarşı çoxlu qol epizodu yaratmaq çətin olur. Amma xeyli imkanımız var idi. Futbolçular 90 dəqiqə oyun nizam-intizamını saxladıq. Oyundan oyuna daha yaxşı, daha cidi hazırlaşırlar. 90 dəqiqə tam ideal, istədiyimiz oyunu göstərmək mümkün deyil. Səhvlər hər zaman olur. Bu gün futbolçulardan razı qaldım.

- Sayılmayan qol epizodu haqda nə deyə bilərsiniz?

- Hakimdən başqa hamı dedi ki, təmiz qol idi. Hətta rəqib komandanın nümayəndələri, məşqçiləri də bunu bildirdi. Penalti epizodu ilə bağlı da fikirlər var idi. Hakimlər bir az daha diqqətli olmalıdırlar. Bizim qapımız qarşısında da belə epizodlar olsa, istəmərik ki, kiminsə haqqına girək. Belə hallar yaşanır. Ancaq son vaxtlar səhvlər çoxdur. Klub olaraq hakimlərə irad bildirmirik. Gəncdirlər, amma daha diqqətli olmaları lazımdır. Yəqin ki, bunun üzərində işləyirlər.

Digər xəbərlər