"Türklər bir ölüb, min dirilir" - Foto-Video

"Türklər bir ölüb, min dirilir" - Foto-Video
Futbol, Video, Foto
29 Fevral 2020 - 10:20
Burak Yılmaz: Bir ölürüz, bin doğarız!

beşiktaş

Suriyada xain hücumuyla 33 əsgəri öldürülən Türkiyənin futbolçuları da məyus olaraq düşmənlərə etirazlarını bildiriblər.

Superliqanın 24-cü turunda "Alanyaspor"u 2:1 hesabıyla məğlub edən "Beşiktaş"ın hücumçusu Burak Yılmaz sevinmədiklərini deyib:

"Tribunada bir şüar vardı: "Bir ölüb, min dirilərik". Türk milləti belədir".



Komandasının iki qolunu vuran kapitan sözünə belə davam edib:

"Oyunla bağlı danışmaq istəmirəm. Bütün Türkiyə liqalarında futbolçuların hamısı məyusdur. Xain hücumuna görə ciyərimiz yandı. Futboldan çox danışmağa ehtiyac yoxdur. Belə bir zamanda qələbə bir az bizə təskinlik verdi. Dövlətimiz bizdən nə istəsə, maddi-mənəvi onların əmrindəyik. Hər şeyi etməyə hazırıq, həqiqətən çox məyusuq. Unutmasınlar ki, bizim ölkə xəyanətlər qarşısında tək vücud olan dövlətdir. "Bir ölüb, min dirilərik" deyə, biz buyuq". Biz Türkük, biz bir bədənik, hamımızın içi yandı. Çətin anlarda birlikdə oluruq. Rəqib "Alanya", "Beşiktaş", "Fenerbahçe", "Qalatasaray" fərq etmir".

Digər xəbərlər