Şenol Güneş: “Avropa çempionu olmalıyıq”

Şenol Güneş: “Avropa çempionu olmalıyıq”
Futbol
27 Fevral 2020 - 18:20
Türkiyənin futbol milli komandasının baş məşqçisi Şenol Güneş AÇ-2020-nin qrup mərhələsi çərçivəsindəki oyunlarının Azərbaycanda keçirilməsinin üstünlük olduğunu bildirib.


Supersport.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu dəfə İzmir şəhərində qatıldığı tədbirdə iki oyunlarının Bakıda olmasına münasibətini açıqlayıb.


“Bizə turnirin ev sahibliyini vermədilər. Amma oyunlarımızın Bakıya salınması ilə bu şansı qazandıq. İki oyunumuzun Azərbaycanda olması, eyni zamanda açılış matçını oynamağımız bizim üçün üstünlükdür. Çünki Avropa çempionatında ilk və son qarşılaşmalar hamının diqqət mərkəzində olur. Özümüzü ən yaxşı tərəfdən göstərmək şansımız var".


AÇ-2020-nin final mərhələsindəki şanslarını dəyərləndirən 67 yaşlı çalışdırıcı, əsas hədəfin çempionluq olduğunu qeyd edib:


“Avropa çempionatında öz xarakterimizi ortaya qoymalıyıq. Futbol oyundur. Bu oyunu feyr-pley qaydaları çərçivəsində səs-küylü etməli və hamıya göstərməliyik. Bunun qarşılığında alacağımız nəticələr onsuz da bizi növbəti mərhələyə çıxaracaq. Yenidən formalaşan və sürətlə inkişaf edən komandayıq. Belə bir turnirə qatılmaq önəmliydi. Meydana çempionluq üçün çıxacağıq. Mənə 1/4, 1/2 finala çıxmağın yaxşı nəticə olacağını söyləyirlər. Mən isə "bura qədər gəlmişiksə, çempion olaq" deyirəm".


Baş məşqçi, bəzi futbolçuların zədələnməsinin böyük itki olmasını söyləyib:


"Hər oyunçu mənim üçün dəyərlidir. Merih Demiralın komandaya təsiri böyükdür və onun olmaması bizim üçün ciddi itkidir. Zədəsini sağaltsa belə, oynamasını riskli hesab edirəm. Ozan Kabakın heyətdə olması üstünlükdür. Əsas problemimiz müdafiənin sol cinahı ilə bağlıdır. Hasan Ali Kaldırım uzun müddət oynamadır. Yusuf Yazıcı və Abdulkadir Ömür də bizim üçün vacib futbolçulardır. Amma zədə səbəbindən meydana çox çıxa bilmədilər. Abdulkadir qayıdacaq, Yusuf məşqlərə apreldə başlayacaq. Dorukhan Toköz yenicə sağalıb, gözləyirik. Milli komanda olaraq turnirdə ən yaxşısını edəcəyik. Mart ayında yığmaya yeni futbolçular qoşulacaq".


Qeyd edək ki, iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

 

 

Digər xəbərlər