Mahir Emreliylə Yevgeni Koçuka cəza verildi

Mahir Emreliylə Yevgeni Koçuka cəza verildi
Futbol
26 Fevral 2020 - 00:55
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Supersport-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunda  baş verənlər müzakirə olunub.

Premyer Liqanın 18-ci turunun “Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində meydan sahiblərini futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.

Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat xərcə salınıb.

Premyer Liqanın 18-ci turunun “Qarabağ” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ”a 400 manat cərimə kəsilib.

Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə meydan sahibləri  400 manat cərimə olunub.

Digər xəbərlər