Qurban Qurbanov: "Sağ olsunlar ki, gənc məşqçi Rəşad Sadıqovu milliyə layiq bilirlər" - Video

Qurban Qurbanov: "Sağ olsunlar ki, gənc məşqçi Rəşad Sadıqovu milliyə layiq bilirlər" - Video
Futbol, Video
24 Fevral 2020 - 12:31
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun klub kapitanı Rəşad Sadıqovun milli komandaya məşqçi aparılacağı ilə əlaqədar yayılan xəbərlərə münasibətini videogörüntüyə alıb.


- Rəşad Sadıqovun milli komandaya məşqçi və ya baş məşqçi gedişi ilə bağlı söhbətlər var. Elxan Məmmədovla görüşdüyü deyilir. 

- Bütün məlumatlar yazılıb. Təkliflərdən biri Rəşaddır. İctimaiyyət belə rəy bildirib. Düşünürəm ki, bu, elə-belə deyil. Onun futbolda qoyduğu iz, ona olan hörmət və inama görə belə rəy formalaşıb. Hər biri sağ olsun ki, gənc məşqçimizə belə inanırlar. Tək Rəşada yox, digər cavan məşqçilərimizə də inam var.

- Sizin Elxan Məmmədovla görüşünüz olubmu?

- Mənim yox, Rəşad Sadıqovla Elxan Məmmədovun görüşü olub.

- Milli komandanın toplanışına az qalıb. Ancaq baş məşqçi hələ dəqiqləşməyib. İctimaiyyət sizin yığmaya qayıtmağınızı istəyir...

- Mən tam azadam. "Qarabağ"ın baş məşqçisiyəm.

Digər xəbərlər