Dabo: Premyer Liqada 40-cı, “Neftçi”də 20-ci

Dabo: Premyer Liqada 40-cı, “Neftçi”də 20-ci
Futbol
24 Fevral 2020 - 12:17
Bakının “Neftçi” klubunun futbolçusu Baqali Dabo Premyer Liqada 40-cı qolunu vurub.

 

Supersport.Az xəbər verir ki, fransalı hücumçu yubiley qoluna XVIII turun “Qəbələ” ilə səfər matçında (2:0) imza atıb. Ölkə çempionatında 2016/17 mövsümündə debüt edən forvard 40-cı qolunu 82-ci matçında vurub.
İki mövsüm oynadığı “Qəbələ”də 43 oyuna 20 dəfə fərqlənən Baqali sabiq klubunun qapısına yol tapmaqla “Neftçi”dəki qol sayını da 20-yə çatdırıb. O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.







































mövsümkluboyunqol
2016/17Qəbələ167
2017/18Qəbələ2713
2018/19Neftçi (Bakı)2614
2019/20Neftçi (Bakı)136
Cəmi2 klub8240

Dabo Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 58-ci oyunçudur. O, bombardirlər siyahısında Fernando Peres, Junivan Suares, Mehman Allahverdiyev, Samir A. Məmmədov ilə 54-58-ci yerləri bölüşür.
Baqali “Neftçi”nin tarixində Premyer Liqada 20 və daha çox qol vuran 20-ci futbolçudur. O, bu göstəricidə Leonid Kalfaya çatıb.

Digər xəbərlər