Asmir Beqoviç "Milan"da debüt etdi - Video

Asmir Beqoviç "Milan"da debüt etdi - Video
Futbol, Video
23 Fevral 2020 - 02:16
İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, "Milan" səfərdə "Fiorentina" ilə qarşılaşıb. İkinci hissənin ortalarında qonaqların heyətində məcburi əvəzlənmə olub. Əsas qapıçı Donnarruma zədələndiyindən yeni transfer Asmir Beqoviçlə əvəzlənib. Bu, bosniyalı qolkiperin "Milan"da ilk oyunu olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da çıxış edib.




















Digər xəbərlər