"Neftçi"nin baş məşqçisi "ürəyimcə olmadı" dedi

"Neftçi"nin baş məşqçisi "ürəyimcə olmadı" dedi
Futbol
22 Fevral 2020 - 18:15
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 18-ci turunun "Qəbələ” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

O, qələbədə əziyyəti olan hər kəsə, uzun məsafə qət edib komandaya dəstək olan azarkeşlərə təşəkkürünü bildirib:

"Oyun tam ürəyimizcə olmadı. İlk hissədəki oyunu fasilədən sonra da göstərməliydik. Bununla belə, futbolçular meydanda çox əziyyət çəkdilər. Qələbə hesabını qorudular. Düşünürəm ki, "Qəbələ" sonuncu yerə layiq deyil. Yaxşı, mobil komandadır. Bu rəqibə qarşı oynamaq bizim üçün asan olmadı. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun məsafə qət edib, bizi burada dəstəkləyən azarkeşlərimizə "çox sağ ol”"deyirik. İnanıram ki, getdikcə daha da yaxşı oynayacağıq".

Mütəxəssis deyib ki, futbolçular güclərini qorumaq istəyib:

"Əsas narazı qaldığım məqam bəzi futbolçuların verilən tapşırıqları maksimum yerinə yetirməmələridir. Komanda oyuna çox yaxşı başladı. Hesabı açdıq, ardıcıl iki qol vurduq. İstər-istəməz bəzi futbolçularda psixoloji rahatlıq yaranır. Bəlkə də bir az güclərini qorumaq istədilər. Amma qol buraxmamaq üçün sonadək vuruşdular”.

Digər xəbərlər