AFFA-dan iki milliyə baş məşqçi təyinatı

AFFA-dan iki milliyə baş məşqçi təyinatı
Futbol
21 Fevral 2020 - 17:54
Azərbaycanın 2 yaş qrupu üzrə milli komandalarının baş məşqçiləri məlum olub.

Supersport.Az xəbər verir ki, AFFA-nın rəsmi saytı bu gün təyinatlarla bağlı rəsmi açıqlama yayıb.

Məlumata görə, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Elxan Abdullayevə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi isə Aqil Nəbiyevə həvalə olunub.

Digər xəbərlər