"Qarabağ"ın 1200-cü qolu

"Qarabağ"ın 1200-cü qolu
Futbol
16 Fevral 2020 - 20:58
Supersport.Az xəbər verir ki, Premyer Liqanın 17-ci turunda "Qarabağ" Azərbaycan çempionatları tarixində 1200-cü qolunu vurub.

"Zirə" ilə oyunadək hesabında 1195 qol olan Ağdam klubu 6:0 hesabı ilə qalib gəlib. Səfərdə vurulan 5-ci top tarixə 1200-cü kimi düşüb. Yubiley qoluna 61-ci dəqiqədə Abdullah Zubir imza atıb.
Xatırladaq ki, "Qarabağ"ın ilk qolu 1992-ci ildə Sabirabad "İnşaatçı"sı ilə ev matçında olub. Hesabı açan Mehman Alışanov həm klubun, həm də ölkə çempionatları tarixinin ilk qolunun müəllifidir.

Digər xəbərlər