Qurban Qurbanov: "Bu qədər qol olacağını düşünmürdük"

Qurban Qurbanov: "Bu qədər qol olacağını düşünmürdük"
Futbol
15 Fevral 2020 - 19:28
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bildirib.

"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər. Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə olur. Hər bir halda, "Zirə"dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".

Digər xəbərlər