Eksklüziv: Elxan Məmmədov görüşü təxirə saldı

Eksklüziv: Elxan Məmmədov görüşü təxirə saldı
Futbol
14 Fevral 2020 - 09:44

Supersport.Az-ın əldə etdiyi xəbərə görə, AFFA-nın icraçı vitse-prezidenti, baş katibi Elxan Məmmədovun futbol veteranlarıyla dünən nəzərdə tutulan görüşü keçirilməyib. Hətta bunun üçün oteldə yer ayrılsa da, sonradan tədbir təxirə salınıb.


Məlumatda bildirilir ki, qurum rəsmisi xaricdə milli komandaya baş məşqçi axtarışında olduğundan ölkəmizdə görüşü baş tutmayıb. E.Məmmədovun səfərdə türkiyəli mütəxəssis Abdullah Avcıyla danışıqda mənfi cavab aldığı söylənilir. Buna baxmayaraq, AFFA rəsmisi axtarışı davam etdirir. Qurumun baş məşqçi siyahısında 32 mütəxəssisin adı yer alır.

E.Məmmədovun yaxın vaxtlarda veteranlarla görüşəcəyi, futbolumuzun problemlərini qabardacağı, bəzi şəxslərlə münasibətlərin istiləşməsi üçün addım atacağı gözlənilir.

Bu məqamda bildirək ki, AFFA Həmkarlar İttifaqını təsis edən futbolumuzun canlı əfsanəsi Nazim Süleymanovla birgə bir qrup veteran, narazı olduğu AFFA-dan ölkə rəhbəri İlham Əliyevə şikayət ediblər.

Digər xəbərlər