“Qarabağ”ın parlaq siması Müşfiq Hüseynov əsri yarıladı

“Qarabağ”ın parlaq siması Müşfiq Hüseynov əsri yarıladı
Futbol
14 Fevral 2020 - 09:00
Supersport.Az-ın məlumatına görə, bu gün “Qarabağ” klubunun canlı əfsanəsi Müşfiq Hüseynovun ad günüdür.

Komandasının parlaq simalarından olan mütəxəssis, 50 yaşını qeyd edir.

M.Hüseynov 1970-ci ildə Ağdam rayonunda anadan olub.

Peşəkar futbolçu karyerasına 1989-cu ildə “Qarabağ”da başlayıb. O, karyerasını da 2007-ci ildə doğma komandasında başa vurub.

M.Hüseynov qəlbən bağlı olduğu “Qarabağ”da fəaliyyətini hazırda baş məşqçi köməkçisi kimi davam etdirir.

Ümumilikdə, 18 illik peşəkar futbolçu karyerası ərzində  M.Hüseynov “Qarabağ”dan başqa “Kəpəz”, “Neftçi”, “Peykan” (İran), “MKT Araz”da da oynayıb. Üç oyunda Azərbaycan milli komandasında çıxış edib.

“Qarabağ”da çıxış etdiyi ümumilikdə 394 oyunda 109 qol vurub. Komandasının kapitanı da olmuş hücumçu, bu baxımdan klubunda rekord göstəriciyə imza atıb.

O, Azərbaycan futbol tarixində avrokuboklarda ilk olaraq “Qarabağ”ın mərhələ keçməsində əsas pay sahibidir. M.Hüseynov səfərdə İsrailin Hayfa şəhərinin “Makkabi”sinə 2 qol vuraraq, raundu keçməyə yardımçı olub.

Supersport.Az saytının kollektivi M.Hüseynovu təbrik edir, ona yeni uğurlar və möhkəm cansağlığı arzulayır!

 

 

Digər xəbərlər