Türkiyəli mütəxəssis millimizdə çalışmaq istəmədi

Türkiyəli mütəxəssis millimizdə çalışmaq istəmədi
Futbol
13 Fevral 2020 - 16:20
"Beşiktaş"ın sabiq baş məşqçisi Abdullah Avcı  Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təklifinə müsbət cavab verməyib.

Supersport.Az xəbər verir ki, bu barədə "TRT Spor" kanalı məlumat yayıb. Xəbərdə bildirilib ki, AFFA-nın icraçı vitse-prezidenti - baş katibi Elxan Məmmədovla görüşən türk mütəxəssis milli komanda çalışdırmaq istəmədiyini bildirib. O, həmçinin  istirahət etmək istədiyini vurğulayıb.
AFFA-dan bildirilib ki, Avcı həqiqətən millimizin baş məşqçi vəzifəsinə namizədlər arasında olub. Amma bu qurumdan onunla heç kim şəxsən danışıq aparmayıb.

Xatırladaq ki, "Beşiktaş" ötən ay A.Avcı ilə yolları ayırıb.

Digər xəbərlər