Türkiyənin Bakıdakı oyunlarına satılan bilet sayı

Türkiyənin Bakıdakı oyunlarına satılan bilet sayı
Futbol
10 Fevral 2020 - 20:13
Bakıda keçiriləcək Avro-2020-nin oyunlarına satılan bilet sayı açıqlanıb.

Supersport.Az xəbər verir ki, bu gün Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar Şamaxıda keçirilən təqdimat mərasimində bildirilib ki, qiyməti 125, 75 və 30 avro olmaqla, 3 kateqoriyalı biletləri internet vasitəsilə əldə etmək mümkündür. İndiyədək Bakıdakı qarşılaşmalara 118 min 840 bilet satılıb. Onlardan 19 min 59-u Uels - İsveçrə, 32 mini Türkiyə - Uels, 30 min 147-si İsveçrə - Türkiyə, 37 min 634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə 8 000-i iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulur.
Xatırladaq ki, Avro-2020 zamanı Bakı Olimpiya Stadionunda 4 oyun keçiriləcək. İyunun 13-də A qrupunun Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də İsveçrə - Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Digər xəbərlər