Millimizə əsas namizəd Abdullah Avcı - AFFA rəhbərliyi Türkiyədə

Millimizə əsas namizəd Abdullah Avcı - AFFA rəhbərliyi Türkiyədə
Futbol, Eksklüziv
09 Fevral 2020 - 21:32
Supersport.Az-a daxil olan xəbərə görə, Azərbaycanın futbol yığmasının baş məşqçisi vəzifəsinə "Beşiktaş"dan kənarlaşdırılan Abdullah Avcı gətirilə bilər.

Məlumatda bildirilir ki, AFFA-nın bəzi rəsmiləri Türkiyədə mütəxəssislə görüşüb. Danışıqları əsasən baş katib, icraçı vitse-prezident Elxan Məmmədov aparır.

Abdullah Avcının AFFA-ya müsbət cavab verəcəyi gözlənilir.

Türkiyəli mütəxəssis Azərbaycan milli komandasının baş məşqçisi olarsa, "Beşiktaş" çalışdırıcıya iş tapanadək ödəyəcəyi aylıq 1 milyon lirədən (283 min 900 manat) qurtulacaq.

A.Avcının 2.5 il müqaviləsi vardı, İstanbul təmsilçisindən ümumi alacağı 30 milyon lirə (8 milyon 517 min manat) idi.

İllik 12 milyon alacaqdı. İndiyədək 6 milyon lirə (1 milyon 703 min 400 manat) alan mütəxəssis komanda tapana kimi keçmiş klubundan maaşını almağa davam edəcək.

Məlumat üçün bildirək ki, 56 yaşlı A.Avcı məşqçi karyerasında "İstanbulspor", "İstanbul Başakşehir", "Beşiktaş"da,  "Qalatasaray"ın ikinci komandası, Türkiyənin əsas, həmçinin U-17 yığmasında fəaliyyət göstərib.    

 

Digər xəbərlər