Milli Qəhrəman xatırlandı: "Mübariz İbrahimov həmişə qəhrəmanlıq simvoludur"

Milli Qəhrəman xatırlandı: "Mübariz İbrahimov həmişə qəhrəmanlıq simvoludur"
Digər, Foto
08 Fevral 2020 - 16:00
Supersport.Az-ın məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal paytaxt gəncləri, respublikamızdakı idman fedarasiyalarının nüməyəndələrı, şagirdlər və tələbələr Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

Milli Qəhrəmanın məzarına gül dəstələri düzülüb və iştirakçılar tərəfindən Azərbaycan Dövlət Himni oxunub.





Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov nitqində bildirib:

"Milli Qəhrəmanımızın şücaətindən 10 il keçməsinə baxmayaraq Azərbaycan gəncləri üçün Mübariz İbrahimov həmişə qəhrəmanlıq simvoludur. Cənab Prezidentimizin şəhid ailələrinə, Qarabağ qazilərinə olan qayğıkeş münasibəti və hərbi vətənpərvərlik haqqıdna dediyi fikirlər bu gün hər bir gənc tərəfindən rəğbətlə qarşılanır. Bütün gənclərimizin vacib məsələsi Ali Baş Komandanımızın əmrinə hazır vəziyyətdə olaraq Qarabağımızı işğaldan azad etməkdir. 

Ona görə də belə ideyaların davamı olaraq Mübariz İbrahimovun həyat yolu hər bir gənc tərəfindən məqamına qədər öyrənilib. Vətənpərvər ruhda maarifləndirilən yeni nəslimizin sayəsində qəhrəmanlarımız ölməz olaraq xatirələrdə yaşayacaq".

Digər xəbərlər