"Fənərbağça"dan kənarlaşdırılan futbolçunun "Qarabağ"a keçidi məsələsindən son xəbər

"Fənərbağça"dan kənarlaşdırılan futbolçunun "Qarabağ"a keçidi məsələsindən son xəbər
Futbol, Eksklüziv
03 Fevral 2020 - 23:00
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Fənərbağça"nın əsas heyətindən kənarlaşdırılan Alper Potukun "Qarabağ"a keçidi alınmayıb.

Azərbaycanın yeddiqat çempionu, bir müddətdir Türkiyə yığmasının keçmiş futbolçusunu heyətinə cəlb etməyə çox çalışsa da, istəyinə çatmayıb.

"Fənərbağça"nın baş məşqçisi Ersun Yanal 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Alper Potuku 28 nəfərlik heyətdən uzaqlaşdırıb.

Qeyd edək ki, bu gün ölkəmizdə transferin vaxtı bitib. Ötən müddətdə "Qarabağ" 4-5 yeni futbolçuyla güclənməyə cəhd edib. Azərbaycanın ən güclü komandası İspaniya La Liqasında mübarizə aparan "Leqanes"in qanalı hücumçusu Kvabena Ovusunu gətirə bilib.

 

Digər xəbərlər