Həbib: "Ağılsızı yenə məğlub etmək üçün 100 milyona nə ehtiyac var?"

Həbib: "Ağılsızı yenə məğlub etmək üçün 100 milyona nə ehtiyac var?"
Digər, MMA
03 Fevral 2020 - 21:10
Supersport.Az-ın məlumatına görə, UFC çempionu Həbib Nurmuhammədov Konor Makqreqorla revanş döyüşü keçirmək istəmədiyini bəyan edib.

"Məni Makqreqorla revanş döyüşü maraqlandırmır. 100 milyon dollar? Bu pulu çox sayda idman növlərinə sərf etmək olar. Axı, ağılsızı yenidən məğlub etmək üçün 100 milyona nə ehtiyac var?"

Dağıstanlı Nurmuhammədov 2018-ci ilin oktyabrında irlandiyalı Makqreqora 4-cü raundda nokautla qalib gəlib.

Aprelin 18-də Nyu York şəhərində UFC 249-da Həbib Toni Fergusonla qarşılaşmada kəmərini qorumaq üçün döyüşəcək.

 

Digər xəbərlər