"Qarabağ" Ovusunun timsalında onu nə gözlədiyini bilmir"
Futbol
25 Yanvar 2020 - 15:16
İspaniyanın "Kordoba" klubunun baş məşqçisi Raul Aqne qanalı hücumçu Ovusu Kvabenanın bu komandan tərk edərək "Qarabağ"a keçidini şərh edib.
Supersport.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, futbolçudan narazı olduğunu bildirib:
"Ovusu artıq komandamızı tərk edib. O, bizim klubda olmaq istəmədi. Mənə də elə bir futbolçu lazım deyil. Hətta dedi ki, "Bir komanda var, daha yüksək pul verir və bu, mənə hər şeydən vacibdir. Bu şansı qaçırmaq istəmirəm". Ona Azərbaycanda uğurlar arzulayıram. Amma "Qarabağ" Ovusunun timsalında onu nə gözlədiyini bilmir".
Xatıradaq ki, Ağdam klubu bu həftə Kvabena ilə 3,5 illik müqavilə bağlayıb.