"Qarabağ" autsayderlə oyunda məğlubiyyətdən qaçdı - Video

"Qarabağ" autsayderlə oyunda məğlubiyyətdən qaçdı - Video
Futbol, Video
18 Yanvar 2020 - 20:08
Supersport.Az xəbər verir ki, Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununda Rumıniyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" klubu ilə qarşılaşıb.



Matç 2:2 hesabı ilə başa çatıb. "Qarabağ"dan qolları Abdullah Zubir (10-cu dəqiqə) və Cavid Bayramov (90-cı dəqiqə) vurub.  "Akademiya Klinçeni"dən isə Robert İon (22) və Andrey Rauta (84) fərqlənib.


"Qarabağ" oyunda iştiak edən heyəti:

12. Şahruddin Məhəmmədəliyev, (13. Vaqner, 46), 2. Qara Qarayev, (66. Cavid Bayramov, 62), 3. Ailton Silva, (30. Abbas Hüseynov, 62), 5. Maksim Medvedev, (45. Rauf Hüseynli, 46),  8. Miçel, (19. Filip Ozobiç, 46), 9. Xayme Romero, (7. Araz Abdullayev, 62), 11. Mahir Emreli, (99. Maqaye Qeye, 62), 14. Rəşad Sadıqov (k), (4. Rahil Məmmədov, 46), 17. Abdullah Zubir, (29. Musa Qurbanlı, 62), 18. İsmayıl İbrahimli,(21. Hacıağa Hacılı, 62), 55. Bədavi Hüseynov (24. Nihad Tamazov, 62), 

Qeyd edək ki, "Qarabağ" yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.

 

Digər xəbərlər