Hakan Şükür sürücü oldu - Video

Hakan Şükür sürücü oldu - Video
Futbol, Video
14 Yanvar 2020 - 16:13
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq hücumçusu Hakan Şükür ABŞ-da taksi sürür.

Supersport.Az  xəbər verir ki, bu barədə o, Almaniya mətbuatına açıqlamasında deyib. H.Şükür “Uber” taksi şirkətində çalışdığını və kitab satdığınıı söyləyib:

“Əmlakım müsadirə olunduqdan sonra ABŞ-a köçdüm. Əvvəlcə Kaliforniyada kafedə işlədim, daha sonra isə taksidə işə düzəldim. İndi “Uber”də sürücü olmaqla yanaşı kitab da satıram”.
Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.

https://www.youtube.com/watch?time_continue=6&v=fbcdxg6dBUY&feature=emb_title

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər