Erməni futbolçu Emil Balayevin klubunda

Erməni futbolçu Emil Balayevin klubunda
Futbol
14 Yanvar 2020 - 15:39
Millimizin futbolçusu Emil Balayevin şərəfini qoruduğu "Tobol" heyətinə yeni futbolçu  cəlb edib.

Superport.Az klubun saytına istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisi son klubu "Ararat-Ermənistan" olan Petros Avetisyanı heyətinə qatıb.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi ötən ildən Ermənistan millisinə dəvət alır. O, yığmada 5 matçda iştirak edib.

Xatırladaq ki, "Tobol"a erməni Qriqoru Babayan baş məşqçi təyin edilib. Bundan sonra E.Balayevin klubdan ayrılacağı xəbərləri yayılıb.

Digər xəbərlər