"Füzuli" "Aslan"ı parçalayıb taxta çıxdı

"Füzuli" "Aslan"ı parçalayıb taxta çıxdı
Futbol
13 Yanvar 2020 - 02:54
Supersport.Az-ın məlumatına görə, Bakı Futbol Liqasının XII turun mərkəzi qarşılaşmasında "A" qrupunun liderliyi uğrunda maraqlı mübarizə olub.

"Füzuli" "Aslan"ı sınağa çəkib. İki nəhəngin duelində 21-ci dəqiqədə Mirqasım Cabbarlı hesabı açıb. İki dəqiqə sonra "Füzuli" Rafael Qavami ilə bərabərlik qolunu vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci hissənin əvvələrində Elvin Əlizadə və Sabir Allahquliyev Füzuli klubunun 3-1 hesablı qələbəsini rəsmiləşdirib.

Bununla "Füzuli" 31 xalla turnir cədvəlində vahid liderə çevrilib. "Aslan" AFK isə 30 xalla ikinci pilləyə geriləyib.

Digər xəbərlər