"Qarabağ" Türkiyəyə gedəcək

"Qarabağ" Türkiyəyə gedəcək
Futbol
12 Yanvar 2020 - 02:35

Supersport.Az-ın məlumatına görə, premyer liqamızın lideri "Qarabağ" hazırlığın ikinci mərhələsini keçirmək üçün bu gün Antalyaya yollanacaq.


Azərbaycan klubu iki həftə müddətində 4 yoxlama oyunu keçirəcək.


"Qarabağ" Antalyada yanvarın 18-də Rumıniyanın "Akademika Klinkeni", yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" klublarıyla qarşılaşacaq.


Yanvarın 26-sı isə "Qarabağ" Bakıya dönərək fevralın 2-si "Səbail"lə keçiriləcək matçın hazırlığını Bakıda davam etdirəcək.

Digər xəbərlər