"Səbail" "Keşlə"nin futbolçusunu transfer etdi

"Səbail" "Keşlə"nin futbolçusunu transfer etdi
Futbol
10 Yanvar 2020 - 16:38
"Səbail" heyətinə yeni oyunçu cəlb edib.

Supersport.Az klubun rəsmi Feysbuk səhifəsində istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Keşlə"dən ayrılan  Murad Qayalı ilə anlaşıb. 21 yaşlı müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Murad Qayalı "Səbail"in qış transfer dönəmində aldığı ilk futbolçudur. Klub daha öncə Mirabdulla Abbasov,  Ağabala Ramazanov, Elvin Yunuszadə və İqor Korotetski ilə yollarını ayırıb.

Digər xəbərlər