"Qarabağ"da karyerama böyük sürprizlə başladım"

"Qarabağ"da karyerama böyük sürprizlə başladım"
Futbol
10 Yanvar 2020 - 01:16
"Qarabağ"ın braziliyalı qapıçısı Vaqner da Silva ölkəsinin mətbuatına açıqlama verib.

Supersport.Az xəbər verir ki, 33 yaşlı qolkiper Ağdam klubuna tam uyğunlaşdığını bildirib:

"Beynimdə həmişə mədəniyyətləri dəyişə, adətlərə uyğunlaşa  bilməyəcəyim fikri var idi. Həyat yoldaşım və qızım Azərbaycanı çox sevir. Uyğunlaşmaq çətin olmadı. Çox yaxşı təşkilatlanmış klubda çıxış edirəm. İnsanlar düzgündür və komandanın fantastik heyəti var".
Vaqner de Silva Bakı haqda müsbət fikirlər səsləndirib:


"Bakı gözəl şəhərdir. Ölkəni az adam tanıyır, amma dünyanın ən təhlükəsiz yerlərindən biridir. Azərbaycana gələn hər bir əcnəbi özünü çox yaxşı hiss edir. Müsəlman ölkəsi olmasına baxmayaraq, başqa yerlərdəki kimi sərt deyillər".

O, "Qarabağ"dakı debütünü də xatırladıb:

"Qarabağ"da karyerama böyük sürprizlə başladım. Gəldim və artıq dörd gün sonra Çempionlar Liqasının ilkin mərhələsində debüt etdim. Praktiki baxımdan məlumatsız olduğum üçün bu, karyeramın ən diqqətəlayiq işlərindən biri idi. Sponsorum istənilən halda Azərbaycana göndərəcəkdi. Köhnə əlcək və köhnə buts var idi, oyun günü yağış yağırdı və biz qalib gəldik, üstəlik, qol da buraxmadım".

Digər xəbərlər