"Ayntraxt"dan "Fənərbağça"ya

"Ayntraxt"dan "Fənərbağça"ya
Futbol
09 Yanvar 2020 - 12:23
Frankfurt “Ayntraxt”ının futbolçusu Simon Falettenin “Fənərbağça”ya keçidi rəsmiləşib.

Supersport.Az İstanbul klubunun saytına istinadən xəbər verir ki, qvineyalı müdafiəçi yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. “Fənərbağça” icarə müddəti başa çatdıqda futbolçunu satınalma hüququna da sahibdir.
Qeyd edək ki, “Loryan”ın yetirməsi olan 27 yaşlı futbolçu karyerası ərzində “Laval”, “Brest”, “Mets” klublarında da çıxış edib. O, 2017-ci ildən “Ayntraxt”da oynayırdı.

Digər xəbərlər