Eksklüziv: Qurban Qurbanov AFFA-dan istefa verə bilər

Eksklüziv: Qurban Qurbanov AFFA-dan istefa verə bilər
Futbol, Eksklüziv
07 Yanvar 2020 - 22:30
Supersport.Az sabah keçiriləcək ölkənin ali futbol qurumunun toplantısında bir sıra dəyişiklik olacağıyla bağlı xəbər əldə edib.  

Məlumatlı mənbə bildirib ki, Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verəcək.

Təcrübəli mütəxəssis milliyə baş məşqçi təyin olunan zaman komitədən getmək istəmişdi. Qurban Qurbanov iki işdə - seçmə komanda və "Qarabağ"dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət etsə də, o, komitədə saxlanılmışdı. Millətlər Liqasında yığmamız istəyinə çatmayandan sonra  mütəxəssislə 6 illik müqavilə olmasına baxmayaraq, ölkənin ali futbol qurumu gözlənilmədən yolları ayırmışdı.

"Qarabağ"ın 47 yaşlı baş məşqçisi Qurban Qurbanovun bu dəfə AFFA İcraiyyə Komitəsindən yenidən istefa verəcəyi, ayrılmaqda israrlı olduğu bildirilir.

Digər xəbərlər