"Qarabağ"la "Neftçi" yerində qaldı

"Qarabağ"la "Neftçi" yerində qaldı
Futbol
07 Yanvar 2020 - 07:00
Supersport.Az-ın məlumatına görə, dünyanın ən yaxşı 1000 klubunun siyahısında Azərbaycan Premyer Liqasının iki təmsilçisinə yer verilib.

"Qarabağ"la 1054 xalla 613-cü, "Neftçi" 818 xalla 682-ci pillədə qalıb.

İlk "üçlük"də "Barselona" (15 min 917 xal), "Liverpul" (15309) və "Valensiya" (12693) qərarlaşıb.

"Qarabağ"ın 47 yaşlı baş məşqçisi Qurban Qurbanov 1054 xalla bir pillə geriləyərək 575-cidir.

"Neftçi"nin italiyalı çalışdırıcısı Roberto Bordin bir sıra yüksələrək 818 xalla 677-cidir.

"Barselona"nın baş məşqçisi Ernesto Valverde (15 min 917 xal) birincidir.

"Liverpul"un alman çalışdırıcısı Yurgen Klopp (15309) ikincidir.

"River Pleyt"in baş məşqçisi Marselo Qalyardo 12202 xalla üçüncü pilləyə qalxıb.

"Mançester Siti"nin əsas çalışdırıcısı Pep Qvardiola (11878) 4-cü yerə düşüb (clubworldranking).

Digər xəbərlər