IFAB-dan UEFA-ya rədd cavabı

IFAB-dan UEFA-ya rədd cavabı
Futbol
07 Yanvar 2020 - 09:00

Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Futbol Federasiyaları Şurası (IFAB) UEFA-nın ofsayd qaydasında düzəliş edilməsi təklifini rədd edib. Avropa qurumu oyundankənar vəziyyət zamanı 12 sm xətaya icazə verilməsini istəmişdi. "Aston Villa" - "Börnli" matçında millimetrlik ofsayd qərarıyla qol ləğv olunduqdan sonra mübahisə UEFA-ya kimi getmişdi.






Qitə qurumunun təklifi belə idi: "Ofsayd, xüsusilə VAR sisteminin ardından millimetrlə ölçülür və bu durum mübahisəyə yol açır. Buna görə qayda dəyişməli, son hədd 12 sm olmalıdır".

Ötən ilin aprelində UEFA prezidenti Aleksander Çeferin qəribə, gülməli açıqlama verib: "Burnunuz bir az uzundursa belə ofsayda düşmək ehtimalınız var. Bu, mübahisəyə səbəb olur. 1 və ya 2 santimetrin ofsayd üçün yetərli olduğunu düşünmürəm. Xətlər də insan əliylə çəkildiyi üçün tam düzgün olmur. Bunu müzakirə etməliyik, bəzi təkliflərimiz olacaq".

IFAB-ın direktoru Lukas Bruder UEFA rəhbərinin təklifini rədd edib: "Hər hansı dəyişiklikdən söhbət gedə bilməz. 1 santimetr də olsa ofsayd qeydə alınmalıdır. Bu zaman VAR hakimləri bunu baş hakimə mütləq bildirməlidir".

 


Digər xəbərlər