"Qarabağ" hazırlığa başlayır

"Qarabağ" hazırlığa başlayır
Futbol
06 Yanvar 2020 - 21:16
Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"da istirahət bu gün başa çatır.

Supersport.Az xəbər verir ki, Ağdam təmsilçisi sabah klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlığına start verəcək. Komanda ayın 12-də Antalyaya yollanaraq təlim-məşqin ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək hazırlıq müddətində "Qarabağ" 4 yoxlama oyunu keçirəcək. Azərbaycanın yeddiqat çempionu yanvarın 18-də Rumıniyanın "Akademika Klinkeni", 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" klublarıyla qarşılaşacaq.

Digər xəbərlər