Həbibdən Konora mənfi cavab

Həbibdən Konora mənfi cavab
Digər, MMA
05 Yanvar 2020 - 19:16
Həbib Nurmuhammədovun meneceri Ali Abdul-Aziz sabiq UFC çempionu Konor Makreqorla revanş döyüşünün keçirilməsi haqda çağırışa cavab verib.

Supersport.Az-ın xəbərinə görə, o, xarici mediaya açıqlamasında promouter Dena Uaytın bununla bağlı fikrinə münasibət bildirib:
"Hər kəsin özünün planı var. Bəzən bizim fikirlərimiz üst-üstə düşmür, bəzən isə razılığa gəlirik. Amma bizi Makreqorla döyüş maraqlandırmır. Bundan başqa, düşünürük ki, o, Donald Serroneyə uduza bilər".

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib Konoru 4-cü raundda məğlub edib.

Digər xəbərlər