Yurçeviçin vida sözləri

Yurçeviçin vida sözləri
Futbol
05 Yanvar 2020 - 10:44
Azərbaycan millisinin baş məşqçi postundan gedən Nikola Yurçeviç sosial şəbəkə hesabında vida sözləri yazıb.

Supersport.Az xəbər verir ki, xorvatiyalı çalışdırıcı hər kəsə təşəkkür edib:

"AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisini çalışdırdım. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə - futbolçulara, köməkçilərə, azarkeşlərə, AFFA-ya təşəkkür edirəm. İndi yeni fürsətlər üçün səbirsizlənirəm".


Azərbaycan millisi 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə AÇ-2020-nin seçmə mərhələsində 8 oyuna 1 xal yığıb.

Digər xəbərlər