Roman Qriqorçuk: "Astana"ya "Qarabağ"ın rəqib olmasını istəmirdim"

Roman Qriqorçuk: "Astana"ya "Qarabağ"ın rəqib olmasını istəmirdim"
Futbol
02 Yanvar 2020 - 01:09
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrupunda mübarizə aparan "Astana"nın baş məşqçisi, "Qəbələ"nin keçmiş çalışdırıcısı Roman Qriqorçuk açıqlama verib. 

Ukraynalı mütəxəssis, Azərbaycan, "Qarabağ", Qurban Qurbanov haqda müsbət fikirlər söyləyib.

"Astana"nın baş məşqçisi əvvəlcə mövsümü dəyərləndirib:

"Mövsüm bir tərəfdən uğurlu, digər yöndən çox ağır oldu. "Astana"nın "Mançester Yuneyted"i məğlub etməsi tarixi zəfərdir. Əlbəttə ki, İngiltərə klubu hazırda bütün zamanların ən yaxşısı deyil. İstənilən halda "Mançester Yuneyted" dünya markasıdır".

Təcrübəli çalışdırıcı, klubun müqaviləni pozacağıyla bağlı yayılan xəbərə münasibətini bildirib:

"Bu haqda nəsə demək istəmirəm. Mövsümün sonu klub rəhbəriyilə söhbət zamanı heç bir məsələni müzakirə etmədik. Bundan sonra görüş olmadı. Buna görə çox danışmaq istəmirəm. Komandama hörmətlə yanaşıram və digər klublardan təklif gözləmirəm. Hazırda "Astana"yla müqaviləm qalır. İndi evdə istirahət edirəm. Mənə dincəlmək çox lazımdır. Mövsümün yorğunluğunu üzərimdən atmalıyam. İndi mənim üçün kiçik bayramdır: dostlarımla birlikdəyəm".     

"Qəbələ"nin keçmiş baş məşqçisi, Azərbaycanla bağlı sualları cavablandırıb:

- Azərbaycanda futbol həyatını izləyirsinizmi?  

"İnanın, "Azərbaycan" sözünü deyəndə məndə müsbət enejri yaranır. İndi sizinlə danışanda əhvalım yüksəlib. Azərbaycana gəlincə, mənim yaddaşıma ən xoş təəssüratla həkk olunub. Azərbaycanlılar xeyirxah və gözəl xüsusiyyətləri olan xalqdır. Yığma barədə nəsə danışmaq çətindir. Azərbaycan milli komandasının heç bir oyununu izləməmişəm, ancaq nəticəyə baxmışam.

Klub futboluna gəlincə, "Qarabağ" yenə Avropa Liqasının qrup mərhələsində mübarizə apardı. "Qarabağ"la, Qurban Qurbanova böyük hörmət bəsləyirəm. Onlar həm yaxşı futbol oynamağı, həm də çox düzgün çalışmağı bacarırlar. Çox istərdim ki, bu amil "Qarabağ"ın qrup səddini keçərək böyük qazanc əldə etməsinə gətirib çıxarsın. Qəlbən onlara bunu arzulayıram. Ötən il "Neftçi "Qarabağ"ı çempionluq mübarizəsində ciddi gərginlikdə saxladı. İndi mövsümün yarısından sonra bu komanda əsas rəqibindən geri qalır. Keçmiş futbolçularımdan Daboyla Monroz haqda eşitmişəm ki, elə də yaxşı oynamırlar. Hansı səbəbə görə? Bu barədə nəsə deyə bilmərəm".

- Azərbaycana qayıdıb, "Qarabağ"a qarşı yenidən mübarizə aparmaq istəyiniz yoxdur? 

- "Qarabağ"la mübarizə aparmaq, bu komandaya müqavimət göstərmək çox çətindir. Onlar çox güclüdürlər, görüşmək istəmirəm (gülür). Avroliqanın qrupunda "Astana"ya "Qarabağ" rəqib ola bilərdi. Səmimi deyirəm, mən bunu çox da istəmirdim. Digər tərəfdən, onlarla oynamaq maraqlı olardı. Sevdiyim Bakını bir daha görərdim. Ora getmək istəsəm də, təəssüf ki, alınmadı. Ailəm də Bakını görməyi çox istəyir. İsti olanda dənizdən həzz almaq olur. Çox istərdim ki, orada müsbət əlaqələrim olduğum insanlarla görüşüm" (football24.az).

 

Digər xəbərlər