"Trabzonspor" "Sumqayıt"ın futbolçusunu alır

"Trabzonspor" "Sumqayıt"ın futbolçusunu alır
Futbol, Eksklüziv
29 Dekabr 2019 - 09:47
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasında üçüncü pillədə qərarlaşan "Trabzonspor" "Sumqayıt"ın futbolçusunu transfer etməyə çalışır.

U-19 komandasını 4 oyunçuyla gücləndirən Trabzon klubu, Sumqayıt təmsilçisinin 18 yaşlı yarımmüdafiəçisi Səbuhi Abdullazadəni heyətinə cəlb etməkdə israrlıdır.

Bu mövsüm 11 oyunda iştirak edən futbolçu, 717 dəqiqə meydanda olub.

"Trbazonspor" U-19 komandasına xüsusi diqqət yetirir, burda yetişən futbolçulara böyük dəstək verilir.

Digər xəbərlər