Hacı Əliyev: "Olimpiadaya qatılıb çempion olmalıyam" - Video

Hacı Əliyev: "Olimpiadaya qatılıb çempion olmalıyam" - Video
Digər, Güləş, Video
27 Dekabr 2019 - 20:47
Gənclər və İdman Nazirliyinin ilin idmançıları sırasında olan sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Supersport.Az-a açıqlama verib. 


"2019-cu il mənim üçün uğurlu alındı. Üçüncü dəfə Avropa çempionu oldum və Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında da qızıl medal əldə etdim. İstəyirdim ki, dünya çempionatında da yaxşı nəticə göstərim və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanım. Mundialda mənə qarşı haqsızlıq oldu, məğlub oldum və lisenziyasız qaldım" deyən 28 yaşlı pəhləvan, əsas məqsədini bildirib:

"Ən böyük hədəf olimpiadaya qatılmaq və orada yaxşı nəticə göstərməkdir. 2020-ci ildə bizi iki turnir gözləyir. Bizim həmin yarışlar vasitəsi ilə lisenziya qazanmaq imkanımız var. Mən çalışacağam ki, lisenziya əldə edim və olimpiadada yaxşı nəticə qazanım. Düşünürəm ki, bu mənim üçün son olimpiya oyunlarıdır. Özümə inamım var. Zədələrdən uzaq olsam, hər şey yaxşı olacaq".  

Digər xəbərlər