Cüdo çempionatında sensasiya: yerli idmançılar əcnəbiləri məğlub etdi

Cüdo çempionatında sensasiya: yerli idmançılar əcnəbiləri məğlub etdi
Digər, Cüdo
26 Dekabr 2019 - 00:48
Supersport.Az-ın məlumatına görə, Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatının fərdi yarışları başa çatıb.

Sensasiyayla yadda qalan çempionatda ölkəmizin bəzi idmançıları yığmanın əcnəbi üzvlərindən güclü olublar.

Ağır çəkidə Aslan Mirzəyev Zəlim Kotsoyevi, Şahin Qəhrəmanov Uşanqi Kokaurini məğlub edib.

66 kq çəki dərəsində Orxan Səfərov finalda İbrahim Əliyevə qalib gələrək qızıl medal qazanıb. Nurlan Osmanov və Vaqif Tarverdiyev bürünc mükafatlra layiq görülüb.

81 kq-da Murad Fətiyev qızıl, Fəqan Quluzadə gümüş Araş Ağayi və Zelim Tçkaev bürünc medal qazanıblar.

100 kq çəkidə Zelim Kotsoyev finalda gözlənilmədən Aslan Mirzəyevə uduzaraq gümüş medalla kifayətlənib. Bu çəkidə Sənan Əhmədov və Abdullhaqq Rəsullu bürünc medala yiyələniblər.

100+ kq çəki dərəcəsində eyni aqibtlə üzləşən digər legioner Uşanqi Kokauri finalda Şahin Qəhrəmanov qarşısında aciz qalıb. İmran Yusifov və Hüseyn Məmmədov bu çəkidə bürünc medala sahib çıxıblar.

Qadınların yarışında 52 kq-da Zeynəb Məmmədova qızıl medal qazanıb. Bu çəkidə Səbinə Qədirova gümüş, Səbinə Əliyeva və Şəfəq Məmmədova bürünc medala sahib olublar.

63 kq çəki dərəcəsində Aytac Qardaşxanlı ölkə çempionu olub. O, finalda Leyla Hüseynovanı məğlub edib. Diana Şoranova və Sudabə Ağayeva bürünc medal qazanıblar.

Pərvin Əmirli 78 kq-da qızıl, Günel İmanova isə gümüş medal əldə edib. Bürünc medalı ilə Mehriban İmamzadə əldə edib. Qadınların mübarizəsində 78+ çəkidə Qönçə Cəfərli qızıl, Aytəkin Paşazadə gümüş, Gözəl Zutova isə bürünc medala sahib olub.

Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub. Medalların əyarına görə "Neftçi İdman Klubu" 1-ci yeri tutub. Sonrakı yerlərə "Judo 2012" və "Atilla" klubları layiq görülüblər. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim olunub.

Qeyd edək ki, bu gün ilk dəfə milli çempionatda komanda yarışları təşkil olunacaq.

Digər xəbərlər