"Liverpul" dünya çempionu oldu - Video

"Liverpul" dünya çempionu oldu - Video
Futbol, Video
22 Dekabr 2019 - 08:41
Klublararası dünya çempionatının finalı keçirilib.

Supersport.Az xəbər verir ki, həlledici oyunda İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” klubları üz-üzə gəlib. Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtın 99-cu dəqiqəsində mersisaydlılar Roberto Firminonun qolu ilə qalib gəlib.

3-cü yer uğrunda görüşdə isə Meksikanın “Monterrey” klubu Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasına qalib gəlib.

Digər xəbərlər