Rüstəm dünyada zirvədə

Rüstəm dünyada zirvədə
Digər, Cüdo
17 Dekabr 2019 - 23:00
Supersport.Az xəbər verir ki, cüdo üzrə Azərbaycan yığmasının aparıcı üzvü Rüstəm Orucov dünya reytinq cədvəlində 73 kq çəkidə ilk pilləyə yüksəlib.

O, 5921 xalla liderliyə yiyələnib. Yaponiyalı Haşimoto Soiçi ikinci yerdə qərarlaşıb. İlk "3-lük"də daha bir azərbaycanlı cüdoçu yer alıb. Rüstəm Orucovla eyni çəkidə mübarizə aparan Hidayət Heydərov 4623 xalla 3-cü pillədədir.

Digər xəbərlər