Avropa Liqasında pley-off-da cütlüklər müəyyənləşdi

Avropa Liqasında pley-off-da cütlüklər müəyyənləşdi
Futbol
16 Dekabr 2019 - 16:28
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə Avropa Liqasının qruplarından ilk iki yerin sahibi və Çempionlar Liqasında qrup üçüncüləri kimi mərhələ adlamış 32 komanda iştirak edib.

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" "Sportinq"ə (Portuqaliya) rəqib olub.

"Qarabağ"la A qrupunda mübarizə aparmış "Sevilya" bu mərhələdə "ÇFR Kluj" (Rumıniya), APOEL isə "Bazel"lə (İsveçrə) qarşılaşacaq.

Avropa Liqası

 1/16 final

"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)

"Xetafe" (İspaniya) - "Ayaks" (Niderland)

"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)

"Kopenhagen" (Danimarka) - ""Seltik" (Şotlandiya)

"Apoel" (Kipr) - "Bazel" (İsveçrə)

"CFR Kluj" (Rumıniya) - "Sevilya" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"AZ Alkmar" (Niderland) - "Lask" (Avstriya)

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

"Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya)

"Şaxtyor" (Ukrayna) - "Benfika" (Portuqaliya)

"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)

"Roma" (İtaliya) - "Gent" (Belçika)

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

Digər xəbərlər