AFFA-nın milliyə namizəd məşqçiləri

AFFA-nın milliyə namizəd məşqçiləri
Futbol
13 Dekabr 2019 - 21:30
Supersport.Az-ın məlumatına görə, AFFA Azərbaycan milli komandasının yeni baş məşqçi vəzifəsinə namizədlərin siyahısını hazırlayıb.

Bu sırada yığmanın keçmiş çalışdırıcısı Robert Prosineçki, "Qəbələ"nin sabiq, "Astana"nın hazırki baş məşqçisi Roman Qriqorçuk, gürcü Kaxaber Sxadadze, Şota Arveladze və başqalarının adlarının olduğu bildirilir.


Özbəkistanın “Paxtakor” klubunun baş məşqçisi Şota Arveladze Azərbaycanda səfərdə olub.

O, dünən Respublika stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla birgə Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" – "Düdelanj" oyununu Skyboxdan izləyib. Matçı izləyənlər arasında Gürcüstan futbolunun daha bir əfsanəsi Aleksandr Çivadze, həmçinin AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov da olub.
Qeyri-rəsmi xəbərlərə görə, Şota Arveladze milli komandamızın baş məşqçisi vəzifəsinə namizədlər sırasındadır və səfərdə məqsəd federasiya ilə danışıqlar olub.


Digər gürcü mütəxəssis Kaxaber Sxadadze də Bakıya səfər edib. Hazırda Qazaxıstanın "Ordabası" klubunda işləyən 51 yaşlı çalışdırıcı, karyerası ərzində Azərbaycan komandalarından "İnter" və "Standard"a da baş məşqçilik edib. O, 2015-2016-cı illərdə Gürcüstan millisinin sükanı arxasında olub.


 

 

Digər xəbərlər