Qattuzo "Napoli"də

Qattuzo "Napoli"də
Futbol
12 Dekabr 2019 - 00:07


"Napoli"nin yeni baş məşqçisi müəyyənləşib.

Supersport.Az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, Karlo Ançelottinin istefaya göndərilməsindən sonra bu vəzifəyə Cennaro Qattuzo təyin edilib. Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, C.Qattuzonun son klubu "Milan" olub. O, ötən mövsümün sonuna yaxın İtaliya təmsilçisində istefa vermişdi.


Digər xəbərlər