Mesut Özildən insanlığa örnək əməl: milyardçılar dərs alsın

Mesut Özildən insanlığa örnək əməl: milyardçılar dərs alsın
Futbol
09 Dekabr 2019 - 22:00


Dünyada 1 milyarddan çox insan aclıqdan, milyonlarla insan səhhətində problemlərdən əziyyət çəkir. Baxmayaraq ki, çox sayda milyonçu, milyardçılar var. Nə yaxşı ki, onlar sırasında Allah rizası üçün çalışanlar, insanlara faydalı olanlara rast gəlmək mümkündür.   

İngiltərə "Arsenal"ının türk futbolçusu Mesut Özil xeyirxah əməlləriylə milyardçılara örnək addımlar atıb. 

Supersport.Az-ın Böyük Britaniya mətbuatına istinadən məlumatına görə, ulduz oyunçunun meneceri Erkan Söğüt bu haqda maraqlı açıqlamayla gündəmə gəlib. 

O, bildirib ki, Mesut çox xeyirxah və ailəsinə bağlı insandır: 

"Mesut, ötən il Dünya Kubokunda daha böyük işlər görmək istədiyini, "1000 uşağın həyatını dəyişdirək" dedi. Ona milyonlarla xərcin lazım olduğunu deyəndə "Pulumu indi faydalı işlərə xərcləməsəm, nə zaman bunu edəcəyəm?" sualını verdi". Mesut çox fəqir ailədəndir. Anası gündə iki təmizlik işinə gedib. Futbolçu çətinliyin nə demək olduğunu çox yaxşı bilir. Mesut mənə dedi ki, "Erkan, futbolçu olaraq çox şanslıyam, qazanıram, hamısını özümə sərf edə bilmərəm, 1000 cocuğun əməliyyat xərclərini çəkəcəyəm". O, toy günündə Türkiyə ilə Suriyadakı qaçqınlara yardım etdi. Ümumilikdə 100 min insana yemək verdi. Həmin gün Mesut çox xərclədi, ancaq özünü xoşbəxt hiss edirdi. 2014-cü il Dünya Kubokundakı 240 min funt-sterlinq qazancı da braziliyalı 23 xəstə uşağın əməliyyatı üçün bağışlamışdı". 

M.Özil, pul qazandığı futbol sahəsinə də xərcləməyi unutmur. O, ötən ay valideynlərinin Türkyədə dünyaya gəldiyi Devrekə gedərək 5 mərtəbəli akademiyanın inşa olunmasına qərar verib.   

Mesut uşaqlara kömək etməyi də çox sevir. Xərçəng xəstəsi bir cocuqla dostlaşmışdı. Çarlini faciəvi şəkildə 7 ay əvvəl itirən zaman Mesut çox məyus olub.

Mesutun anası Gülizar Özilin, ulduz futbolçunun evinin divarına yazdığı məktubda deyilir:

"Mesut, unutma həyatta hamımız bu dünyada qonağıq. Allah sizə bir istedad verdi. Ancaq bunu yalnız özünüzə sərf etməyiniz üçün vermədi. Sərvətini möhtac insanlara paylamasan, mənim oğlum deyilsən".

Menecer, türk futbolçunun Almaniya yığmasından imtina etməsinin əsl səbəbini də açıqlayıb:

"Mesut, 10 il Almaniyada qaçqın uşaqların təhsili üçün pul xərcləsə də, planlı şəkildə keçmiş məktəb rəhbəri tərəfindən bununla bağlı görüşə dəvət olunmadı. Bu səbəbdən seçmə komandadan imtina etdi. "Öz məktəbimdə belə xoş qarşılanmıramsa, yığmanın formasını necə geyinə bilərəm?" dedi". 

Mesut, özündən kömək istəyənə yardım edir. Almaniyada uşaqlıq dostu olan 7 nəfəri işlə təmin edib. Düsseldorfda onun üçün çalışırlar. Xeyir işlər ona milyonlara başa gəlir, ancaq o, yenə milyonlar qazanır, bunu bölüşdürəndə özünü xoşbəxt hiss edir. Bu dərəcədə kömək edən başqa bir futbolçu tanımıram. Bununla bağlı öyünmək də istəmirəm".

Digər xəbərlər