Rusiyaya şok cəza - baş nazirdən dopinq etirafı

Rusiyaya şok cəza - baş nazirdən dopinq etirafı
Digər, Dopinq
09 Dekabr 2019 - 19:30


Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il ərzində böyük beynəlxalq idman yarışlarından kənarlaşdırıb.

Supersport.Az xəbər verir ki, qərara əsasən Rusiya Olimpiya Oyunlarına, dünya və Avropa çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. O cümlədən Rusiya beynəlxalq yarışlara da ev sahibliyi edə bilməz.
Bu qərar dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə də şamil olunub. Rusiyalı dövlət qulluqçuları 4 il müddətinə beynəlxalq idman yarışlarında iştirak edə bilməyəcəklər.

Rusiyalı idmançılar Yay Olimpiya Oyunları və dünya çempionatına ancaq neytral statusda – bayraqsız və himnsiz çıxa bilər.



Baş nazir Dmitri Medvedev ölkə atletlərinin dopinqdən istifadəsini etiraf etsə də, qərəzli, ağır cəza verildiyini, beynəlxalq qurumların etiraz etməsinin vacibliyini bildirib.



Digər xəbərlər