"Traktor" baş məşqçini kənarlaşdırdı

"Traktor" baş məşqçini kənarlaşdırdı
Futbol
07 Dekabr 2019 - 18:29
Cənubi Azərbaycanın "Traktor" klubu baş məşqçisi Mustafa Dənizli ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mustafa Dənizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Dənizli bu yay “Traktor” ilə 5 illik müqavilə imzalamışdı. “Traktor” hazırda İran çempionatında 18 xalla 16 kollektiv arasında 8-ci sıradadır.

Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”da baş məşqçilik edib. O, İranda “Pas Tehran” və “Persepolis” klublarını da çalışdırıb.

Digər xəbərlər