"Qarabağ"ın İspaniya planı

"Qarabağ"ın İspaniya planı
Futbol, Eksklüziv
26 Noyabr 2019 - 00:01

Supersport.Az-a Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya"nın qonağı olacaq "Qarabağ"ın İspaniya planı məlum olub.


Azərbaycanın yeddiqat çempionu bu gün - noyabrın 26-da çarter reysilə səfərə yollanacaq. 

Supersport.Az-a bu haqda Ağdam komandasının mətbuat xidməti rəhbəri Nurlan İbrahimov məlumat verib.

"Qarabağ"ı Sevilyaya aparacaq təyyarənin saat 16:00-da havaya qalxması nəzərdə tutulub.

Azərbaycan klubunun 7 saat müddətinə İspaniyaya çatacağı gözlənilir.

Noyabrın 27-də yerli vaxtla 18:40-da (Bakı saatıyla 21:40-da) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin suallarını cavablandıracaq. Bundan 20 dəqiqə sonra Bakı zamanıyla 22:00-da komandamız oyuna son hazırlığını keçirəcək. Məşqin ilk 15 dəqiqəsi media və azarkeşlərə açıq olacaq.

"Sevilya" - "Qarabağ" qarşılaşması noybarın 28-dən 29-na keçən gecə Bakı vaxtıyla 00:00-da 45 min yerlik "Ramon Sançes Pisxuan" stadionunda başlayacaq.

Süleyman Kərimov

 

 

Digər xəbərlər