Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi cüdoya dəstək verdi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi cüdoya dəstək verdi
Digər, Cüdo
14 Noyabr 2019 - 17:21
Supersport.Az-ın məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) 7 nəfər gənc ədalət təmsilçisinə 1-ci dərəcəli hakim kitabçaları təqdim olunub.

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, cüdo idman növünün hərtərəfli inkişaf etməsindən danışıb:

"Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Cüdo Federasiyasının müştərək təşkil etdiyi müxtəlif yaş qrupları arasında paytaxt birincilikləri, Həzi Aslanovun xatirəsinə ənənəvi beynəlxalq turnir ildən ilə iştirakçıların sayında kütləviliyin artımı ilə müşahidə olunur ki, bu da cüdo idman növünə ölkəmizdə böyük marağın olmasından xəbər verir".

Daha sonra Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və Hakimlər Komitəsinin sədri Mətin Rəhimli çıxış edərək respublika və beynəlxalq miqyaslı cüdo yarışları zamanı təşkilati və mənəvi dəstəyə görə baş idarəyə təşəkkürünü bildiriblər. Gənc hakimlərə gələcək karyeralarında uğurlar arzulayaraq onların arasında irəlidəki illərdə beynəlxalq dərəcə alaraq ölkəmizi Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında təmsil edəcək istedadlı referilərin olacağına inamını ifadə ediblər.

Sonda Azərbaycan Cüdo Federasiyasının qabaqcıl gənc hakimlərinə 1-ci dərəcə kitabçaları təqdim olunub.

Digər xəbərlər