"Qarabağ" Kanadada çempion oldu

"Qarabağ" Kanadada çempion oldu
Futbol
12 Noyabr 2019 - 12:21
Kanadanın Toronto şəhərində azərbaycanlı icmasını təmsil edən "Qarabağ" futbol komandası bu mövsümdə Həvəskarlar Liqasının (Saturday Division) çempionu olub.

Supersport.Az xəbər verir ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb. Bildirilir ki, komitənin təşəbbüsü ilə Azərbaycanın "Qarabağ" futbol klubu Kanadadakı eyni adlı komandanın üzvlərini idman formaları ilə təmin edib.
Bu diqqətdən və futbolçu həmrəyliyindən daha da ruhlanan komanda çempionatı qalibiyyətlə başa vurub.

"Qarabağ" futbol komandası Vaterloo Universitetində oxuyan azərbaycanlı tələbələrin təşəbbüsü və səyi nəticəsində yaranıb. İlk dövrdə universitetin nəzdində oynayan "Qarabağ" hazırda 3 mindən çox üzvü olan "Toronto Soccer Connection" tərəfindən təşkil olunan liqaya qoşulub.

Komandanın tərkibində soydaşlarımızla yanaşı, Türkiyə, Ukrayna, Rusiya, Meksika, Hindistan və Kolumbiyadan olan həvəskar futbolçular da təmsil olunurlar.

Digər xəbərlər